Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) Naxçıvan ərazisində məhv edilməsi ilə bağlı məlumat yayıb.
“Oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov