Üçüncü ölkələrin, o cümlədən Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara qoşulması yalnız Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Üçüncü ölkələrin mövcud həll formatında iştirakına gəlincə, bu, tamamilə münaqişə iştirakçılarının siyasi iradəsindən asılıdır. Bu tərəflər iki ölkədir - Azərbaycan və Ermənistan", - deyə Peskov bildirib.
Onun sözlərinə görə, "münaqişənin nizamlanmasında iştirak etmək, vasitəçi olmaq yalnız iki tərəfin razılığı ilə mümkündür".
Peskov etiraf edib ki, münaqişə zonasında atəşkəsə hələ riayət olunmur.*