Rusiya əvvəlki kimi əmindir ki, Dağlıq Qarabağ problemini yalnız sülh yolu ilə həll etmək olar və vəziyyəti siyasi-diplomatik məcraya yönəltmək üçün əlindən gələni edir. Bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Rusiya mövcud vəziyyəti siyasi və diplomatik vasitələrlə nizamlanma məcrasına yönəltmək üçün əlindən gələni edib və edir, biz əvvəlki kimi əminik ki, bu problemin sülh yolu ilə həllinə alternativ yoxdur", - deyə Peskov jurnalistlərə bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyanın “vəziyyətin siyasi-diplomatik yolla nizamlanması mümkün deyil” açıqlamasını şərh edən mətbuat katibi bildirib: “Biz bundan sonra da bu münaqişənin sülh yolu ilə həlli üçün əlimizdən gələni edəcəyik".*