Azərbaycanda koronavirus infeksiyasına daha 825 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 47 min 418-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib, ölənlərin ümumi sayı 648 nəfərə çatıb.
Virusa yoluxmuş 40 min 619 nəfər (sutka ərzində +171) müalicə olunaraq sağalıb.
Hazırda 6 min 151 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9,457 min, hazırkı dövrədək isə 1 milyon 260 min 193 test aparılıb.*
X.Nəsirzadə