Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində mülki əhalidən 63 nəfər həlak olub, 293 nəfər yaralanıb. Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
“Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində 63 dinc sakin həlak olub, 293 nəfər yaralanıb, 2072 yaşayış evinə, 90 çoxmərtəbəli binaya və 388 mülki infrastruktur obyektinə külli miqdarda ziyan dəyib”, - deyə məlumatda bildirilir.
Həlak olanlardan 18-i qadın, 8-i uşaq, yaralılardan 69-u qadın, 32-si uşaq olub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir.*
X.Nəsirzadə