Prezident İlham Əliyev Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının daha 21 yaşayış məntəqəsinin işğaldan azad edildiyini elan edib.
“Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - deyə dövlət başçısı özünün rəsmi “Twitter” səhifəsində bildirib.
İ.Əliyev, həmçinin Zəngilan rayonunun 14 yaşayış məntəqəsinin - Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin və Ağbənd qəsəbəsinin işğaldan azad edildiyini bildirib.
“Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - deyə prezident vurğulayıb.*
X.Nəsirzadə