Qarabağ münaqişəsi regionunda sülhməramlıların yerləşdirilməsi Ermənistan tərəfi üçün məqbuldur və bu, Rusiya sülhməramlıları ola bilər. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Sülhməramlıların yerləşdirilməsi bizim üçün məqbuldur. Deyə bilərəm ki, sülhməramlıların tərkibi ilə bağlı Azərbaycanın və Ermənistanın təsəvvürləri üst-üstə düşməyəcək. Kompromislərdən danışsaq, Rusiya sülhməramlılarının iştirakı da kompromis variantı ola bilər. Rusiyanın Azərbaycanla da, Ermənistanla da yaxşı münasibətləri var. Digər regional ölkələrin fikirləri ilə hesablaşmaq çox vacibdir. Konkret sülhməramlı qüvvələrin regionu sabitləşdirməsi önəmlidir", - deyə o, bu gün "İnterfaks"a müsahibəsində bildirib.*