Prezident Vladimir Putin Dağlıq Qarabağda atəşkəsə çağırıb.
"İlk növbədə, döyüş əməliyyatları dayandırılmalıdır. Biz bununla bağlı Moskvada keçirilən görüşdə razılığa gəlmişik. Ancaq təəssüf ki, buna nail olunmadı", - deyə Putin "Valday"diskussiya klubunun plenar sessiyasında bildirib.
O xatırladıb ki, uzun illər ərzində Rusiya münaqişənin həlli ilə bağlı kompromislər axtarıb və təklif edib.
“Ancaq təəssüflər olsun ki, biz həll yolunu tapa bilmədik. Bütün bunlar bu günün faciəsinə gətirib çıxardı", - deyə Putin bildirib.
O, hərbi əməliyyatların başa çatacağına ümidvar olduğunu deyib.*