Cümə günü Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana məxsus 4 PUA məhv edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 2 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib. Digər 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə