2020-ci ilin yanvar-sentyabr aylarında "Rabitəbank” aktivlərini 16,5% - 862,011 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il sentyabrın 30-na bankın kredit portfeli 394,833 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 4,7% - İF) təşkil edib. Sentyabrın sonuna istehlak kreditlərinin həcmi 103,329 milyon manat (artım 1,8%), biznes kreditlərinin həcmi 223,438 milyon manat (artım 8,1%) məbləğində qiymətləndirilir.
Hesabat dövrünün sonuna “Rabitəbank”ın öhdəlikləri 761,67 milyon manata (artım 19,3%) bərabərdir.
Sentyabrın sonuna bankda depozitlər 582,321 milyon manat (artım 16,3%), o cümlədən fiziki şəxslərin depozitləri 229,071 milyon manat (azalma 2%) təşkil edib.
2020-ci il oktyabrın əvvəlinə bankın kapitalı 100,341 milyon manata (azalma 1%), nizamnamə kapitalı 101,3 milyon manata (dəyişməyib) bərabərdir.
Üç rübün yekunları üzrə bankın xalis mənfəəti 3 milyon 844 min manat (ötən ilin analoji dövrü ilə müqayisədə azalma 49,6%- İF) təşkil edib.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və Azərbaycanın 10 aparıcı bankından biridir. Bankın səhmdarları 20-yə yaxın hüquqi və fiziki şəxsdir.**
Ə.Məmmədov