Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 298 nəfər yaralanıb. Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
“Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 298 nəfər yaralanıb. Bundan başqa, 398 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2156 yaşayış evi yarasız hala düşüb”, - deyə məlumatda bildirilir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir.**
X.Nəsirzadə