“ABB-İnvest İnvestisiya Şirkəti” QSC (Azərbaycan Mərkəzi Bankının törəməsi) "Bakı Fond Birjası" QSC-nin üzvü oldu. Bu barədəBFB-dən məlumat verilir.
“23 oktyabr 2020-ci il tarixində “ABB-İnvest İnvestisiya Şirkəti” öz müraciəti əsasında "Bakı Fond Birjası" QSC-yə üzv qəbul edilib. Bununla da, Birjanın üzvü olan investisiya şirkətlərinin sayı 8-ə çatıb”, - məlumatda qeyd olunur.
“ABB-İnvest İnvestisiya Şirkəti" 2020-ci il 12 iyun tarixində dövlət qeydiyyatından keçib. Nizamnamə kapitalı 300 min manatdırş
“ABB-İnvest İnvestisiya Şirkəti" 2020-ci il sentyabrın 18-də AMB-nin lisenziyasını alıb. **
Ə.Məmmədov