Dağlıq Qarabağ nizamlanmasında KTMT-nin müdafiə potensialının istifadəsi barədə danışmaq səhvdir. Bunu RF XİN başçısının müavini Aleksandr Pankin deyib.
Pankin jurnalistlərlə söhbət zamanı qeyd edib ki, münaqişə Ermənisan ərazisinə keçməyib.
“KTMT aydın şəkildə təcavüz baş verdiyi halda üzv ölkələrinə müəyyən vəziyyətlərdə kömək edir. Hələlik söhbət heç ermənilər tərəfindən də öz əraziləri kimi tanınmayan Dağlıq Qarabağdan gedir və yəgin ki, tanına da bilməz, KTMT-nin müdafiə potensialının istifadəsi barədə danışmaq yanlışdır”, - Pankin Veronada jurnalistlərə bildirib. **