Rusiya, əvvəl olduğu kimi, Dağlıq Qarabağöda hərbi münaqişəni dayandırmaq üçün əlindən gələni edir. Bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Dünən prezident Putin qeyd etdi ki, həm Əliyev, həm də Paşinyanla gündəlik təmasdadır. Bir daha təkrar edə bilərəm ki, Rusiya nümayəndə heyətinin rəhbəri müharibəni dayandırmaq və Qarabağ münaqişəsini dinc məcraya yönəltmək üçün mümkün olan hər şey edir”, - Peskov jurnalistlərə bildirib. **