Azərbaycanda koronavirus infeksiyasına daha 803 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 48 min 221-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib, ölənlərin ümumi sayı 656 nəfərə çatıb.
Virusa yoluxmuş 40 min 831 nəfər (sutka ərzində +212) müalicə olunaraq sağalıb.
Hazırda 6 min 734 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9,951 min, hazırkı dövrədək isə 1 milyon 270 min 144 test aparılıb.**
X.Nəsirzadə