ABŞ-ın Ankaradakı Türkiyədə artan terrortəhlükəsi ehtimalı barədə xəbərdarlıq edib və həmvətənlərini ayıq-sayıq olmağa çağırıb.
“ABŞ-ın Türkiyədəki diplomatik missiyası İstanbulda ABŞ vtəndaşları və əcnəbilərə, o cümlədən ABŞ-ın Baş Konsulluğuna, həmçinin Türkiyədə digər hədəflərə qarşı potensial terror təhlükəsi barədə etibarlı məlumat əldə edib”, - səfirliyin cümə günü dərc olunan məlumatında deyilir.
Bununla əlaqədar, səfirlik ABŞ vətəndaşlarını ölkədə amerikalıların və digər əcnəbilərin toplaşdığı yerlərdə, ofis binaları və ticarət mərkəzlərində gücləndirilmiş təhlükəsilzik tədbirləri həyata keçirməyə çağırıb.
O cümlədən, səfirlikdə elan ediblər ki, Ankaradakı səfirlik, İstanbuldakı Baş Konsulluq, Adana və İzmirdəki nümayəndəliklərdə viza xidmətlərinin göstərilməsi müvəqqəti dayandırılır. **