Azərbaycan prezidenti İlham Əliyev Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarında daha 13 yaşayış məntəqəsinin erməni işğalından azad olunduğunu elan edib.
“Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini, Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad edib”, - Əliyev rəsmi Twitter hesabında yazıb.
“Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - Əliyev yazıb. **
X.Nəsirzadə