ABŞ prezidenti Donald Tramp Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda mühüm irəliləyişin əldə olunduğunu bəyan edib.
“Biz bunu müzakirə edirik, Ermənistanla işləyirik... Görək nə olur, indi həqiqətən böyük irəliləiş görürük”, - Tramp Ağ Evdə jurnalistlərə deyib.
Tramp xatırladıb ki, ABŞ-da erməni əsilli çox sayda insanlar yaşayır. “Onlar çox yaxşı insanlardır”, - prezident əlavə edib.
Cümə günü Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Ermənistan və Azərbaycandan olan həmkarları ilə danışıqlar aparıb. Amerika tərəfi bu görüşlərin yekunları barədə məlumat verməyib. **