ABŞ Dövlət katibi Mayk Pompeo Ermənistan və Azərbaycan XİN başçıları ilə danışıqların yekunlarına dair bəyan edib ki, hər iki ölkə Dağlıq Qarabağda təcavüzdən yayınmalı və danışıqlar prosesini bərpa etməlidir.
“Ermənistan XİN başçısı Mnatsakanyan və Azərbaycan XİN başçısı Bayramovla ayrılıqda görüşlər zamanı Dağlıq Qarabağda təcavüzə son qoymaq üçün əsas addımları müzakirə etdik. Hər iki tərəf atəşkəsə əməl etməli və ciddi danışıqlara qayıtmalıdır”, - Pompeo Twitter hesabında yazıb. **