Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə cəlb edilmək üçün legitim hüququ var. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu sözləri prezident İlham Əliyev deyib.
“Bu konkret məsələdə Türkiyə Azərbaycana çox güclü siyasi dəstək göstərdi və biz buna görə çox minnətdarıq. Bu, birincisi. İkincisi, biz döyüş meydanında nə ediriksə, özümüz edirik. Zənnimcə, Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi bu prosesə cəlb edilmək üçün legitim hüququ var”, - deyə dövlət başçısı Fransanın “Figaro” qəzetinə müsahibəsində bildirib.*
A.Əzizov