Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatları bu gün dayandırmağa hazırdır, lakin Ermənistan atəşkəsi kobud şəkildə pozmağa davam edir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu sözləri prezident İlham Əliyev deyib.
“Biz bu gün dayanmağa hazırıq. Mən demişdim ki, problemin həllinin hərbi hissəsi nə qədər tez qurtarsa, bir o qədər yaxşıdır. Biz danışıqlar masasına keçmək istəyirik. Lakin əfsuslar olsun ki, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və Gəncəyə hücum etdi. Ona görə də, əgər onlar bu gün dayansalar, biz dayanarıq və qalan işlər diplomatlar tərəfindən görülər. Əgər onlar dayanmasalar, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik”, - deyə dövlət başçısı Fransanın “Figaro” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, əgər Ermənistan Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə açıq şəkildə sadiq olsa, biz danışıqlar masasına geri qayıdarıq.*
B.Rüstəmbəyov