Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Oktyabrın 24-də gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov