Ermənistanın səhiyyə naziri Arsen Torosyan ölkə vətəndaşlarını respublikada koronavirusa yoluxma hallarının artması və Qarabağ müharibəsi ilə əlaqədar antiepidemioloji tədbirlərə riayət etməyə çağırır.
"Gündəlik yoluxma sayı artmaqdadır. Bu gün 2 min 213 yeni yoluxma halı təsdiqlənib. Hazırda 800 vətəndaşın vəziyyəti ağır və çox ağırdır, 388 vətəndaş xəstəxanaya yerləşdirilməlidir. Hazırda çarpayı sayı xəstələrin ehtiyaclarını çətinliklə təmin edir", - deyə Torosyan bildirib.
O, vətəndaşlara müraciət edərək həkimlərin Qarabağda gedən döyüşlərdə yaralanan hərbçilərin müalicəsi ilə tam məşğul ola bilməsi üçün bütün epidemioloji normalara riayət etməyi xahiş edib.
"Həkimlər əsgərlərə lazımdır", - deyə erməni nazir qeyd edib.*