Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) cəbhənin Ağdərə və Ağdam istiqamətlərində düşmənin hərbi infrastrukturuna hava zərbələri endirir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib. Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov