Azərbaycan dronlardan yalnız hərbi texnikanın məhv edilməsi üçün istifadə edir. Bu sözləri prezident İlham Əliyev deyib.
“Bizim dronlarımız Ermənistan tanklarını və başqa silahları məhv edir. İndiyədək bizim dronlarımız 230-dan çox tankı məhv edib. Biz onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını məhv etmişik. Biz dronlardan mülki şəxslərə qarşı istifadə etmirik. Bu, yanlış məlumatdır”, - deyə dövlət başçısı Amerikanın "Fox News" televiziya kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycanın nizami ordusunda 100 min əsgər var.
“Nizami orduda 100 min əsgər, üstəgəl bir neçə gün ərzində biz bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl müasir avadanlıq. Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir”, - deyə İ.Əliyev vurğulayıb.*