Ermənistan Rusiyadan birbaşa hərbi iştirakı xahiş etməyə son qoymalıdır. Bu sözləri prezident İlham Əliyev deyib.
“Onlar Rusiyadan birbaşa hərbi iştirakı xahiş etməyə son qoymalıdırlar. Bu, səmərəsizdir. Bütün bu vaxt ərzində Ermənistan baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycana qarşı döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bu, çox təhlükəlidir”, - deyə dövlət başçısı Amerikanın "Fox News" televiziya kanalına müsahibəsində bildirib.*