Ermənistan və Azərbaycan xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Ceyhun Bayramov 26 oktyabr saat 08:00-dan etibarən Qarabağda humanitar atəşkəslə bağlı razılığa gəliblər. Bu barədə bu gün ABŞ Dövlət Departamenti məlumat yayıb.
"Humanitar atəşkəs 26 oktyabr 2020-ci il tarixində saat 08:00-dan qüvvəyə minəcək. ABŞ Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yaxınlaşması üçün xarici işlər nazirləri və Minsk qrupunun həmsədrləri arasında fəal danışıqlara kömək edib", - deyə məlumatda bildirilir.