Ermənistan və Azərbaycan XİN başçıları ABŞ-da keçirilən danışıqlar zamanı təsdiq ediblər ki, ölkələri humanitar atəşkəsə riayət etməyə hazırdır. Bunu bazar günü Dövlət Departamentinin rəhbəri Mayk Pompeo deyib.
“XİN başçıları Mnatsakanyan və Bayramov gecə yarısı qüvvəyə minən atəşkəsə riayət etməyə və implementasiyaya hazır olduqlarını təsdiq ediblər”, - Pompeo Twitter hesabında yazıb. **