ATƏT-in Minsk qrupunun həmsədrlərinin nümayəndələri məlumat verib ki, Ermənistan və Azərbaycan XİN başçıları Dağlıq Qarabağda humanitar atəşkəsin monitorinq mexanizminin mümkün parametrlərini müzakirə ediblər.
“İntensiv müzakirələr zamanı həmsədrlər və XİN başçıları tezliklə humanitar atəşkəsin implementasiyası, həmçinin atəşkəsin monitorinqi üzrə mümkün parametrləri müzakirə ediblər”, - həmsədrlərin bəyanatında deyilir. **