Ermənistan silahlı qüvvələri üçüncü dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub”, - deyə məlumatda bildirilir.
Ermənistan silahlı qüvvələri Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.
“Azərbaycan Ordusunun bölmələri humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə