Ermənistan baş naziri Nikol Paşinyan Ermənistanın humanitar atəşkəs rejimini pozduğunu etiraf etmir. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Ermənistan baş naziri növbəti dəfə yalan danışır. Saat 08:04-dən bəri Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başlayıblar. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələri 08:05-dən etibarən bizim qüvvələrimizə toplardan və minaatanlardan atəşə tutur", – deyə o, "Twitter" səhifəsindəki paylaşımında qeyd edib.*
B.Rüstəmbəyov