Bu gün, Azərbaycan öz torpaqlarını azad etməyə başlayandan dünya birliyi Azərbaycana təzyiq göstərir. Bunu prezident İlham Əliyev deyib.
“Təxminən 30 il ərzində Minsk qrupunun həmsədrləri Azərbaycanı münaqişənin dondurulmasıl prosesi ilə barışdırmağa çalışırdılar. Ancaq biz yeni reallıq yaratdıq və qoy indi hamı bununla barışsın. Lakin biz nə görürük? Öz torpaqlarımızı azad etməyə başlayan kimi bizə təzyiq göstərməyə başlanıldı, hamı çaşıb qaldı. Görüşlər, danışıqlar... Biz bu danışıqlardan cana doymuşuq. Nə qədər danışıqlar keçirmək olar”, - Əliyev bazar ertəsi xalaqa müraciətində qeyd edib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətamələrini təkbaşına icra edir, baxmayaraq ki, dünya birliyi hər vasitə ilə Ermənistanı xilas etməyə çalışır.
“Hamı deyir ki, münaqişənin hərb həlli yolu yoxdur. Bəs indi necə? Biz nə edirik? Biz BMT Təhlükəsilzik Şurasının qətnamələrinə təkbaşına icra edirik. Ancaq nə görürük, yenə də görüşlər, danışıqlar, atəşkəs. Onların bütün fəalliyəti indi təcavüzkarın, işğalçının, Xocalı soyqırımını icra edən, Gəncənin dinc əhalisini bombalayan Ermənistanın xilasına yönəlib”, - Azərbaycan prezidenti bəyan edib.
Əliyev qeyd edib ki,Ə Minsk qrupunun həmsədr ölkələri qrup yaradıldıqdan bir müddət sonra bütün səlahiyyətləri özlərində cəmləşdirdirlə., münaqişənin müzakirəsinin inhisarçısı olduıar, Minsk qrupu özü isə faktiki olaraq iflic edilmiş vəziyyətə düşdü.
“Lakin bu heç bir nəticə vermədi. Daha dəqiq desək, bizim üçün nəticə vermədi, Ermənistana isə verdi. Ermənistan məhz bu cür nəticə istəyirdi – daimi danışıqlar, başımız aldatmaq, münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması. Bəs Minsk qrupunun fəaliyyəti hanı? O işğalçıya təzyiq göstərə bilər? Xeyr. Onlar təzyiq göstərmək istəyirlərmi? Xeyr! Mən dəfələrlə münaqişənin həll məqsədilə Ermənistana qarşı sanksiyaların tətbiqinin zəruriliyi barədə məsələ qaldırmışam”, - Əliyev qeyd edib.
Prezidentin sözlərinə görə, Minsk qrupunun həmsədrləri bəyan edirlər ki, bu məsələ ilə bağlı onların rəyi tam üst-üstə düşür ki, bu da maraqlı məqamdır.
“Təəccüblüdür ki, bu ölkələrin digər məsələlər üzrə rəyləri üst-üstə düşmür – nüvə silahı, Yaxın Şərq, Avropa və Asiya məsələləri. Onların rəyi digər məsələlərdə biri-birinə ziddir. Amma nə üçünsə Dağlıq Qarabağ məsələsi ilə onların rəyi üst-üstə düşür. Niyə? Düşünürəm ki, hamı anlayır nə üçün. Çünki bu dondurulmuş vəziyyət bizdən başqa hamını qane edir, ilk növbədə Ermənistanı”, - dövlət başçısı bəyan edib.
Əliyev vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir, lakin dünya ictimaiyəti hansısa səbəbdən susur.
“Heç kim bir kəlmə belə demir, baxmayaraq ki, bu beynəlxalq cinayət, Cenevrə qətnamələrinin qozulmasıdır. Onlar ərəb ölkələrindən ermənilər tərəfindən işğal olunmuş torpaqlarına köçürülürlər və heç kim bir kəlmə belə demir. Məgər bu üç həmsdər ölkənin təcavüzkara yerini göstərmək üçün gücü yoxdur? Amma onlar bunu istəmirdi, onları reallqı qane edirdi. Bu səbəbdən Minsk qrupunun fəaliyyətini başqa cür qiymətləındirmək mümkün deyil”, - Əliyev bəyan edib. **
Ə.Məmmədov