Ermənistan üçüncü dəfə humanitar atəşkəs rejimini kobud şəkildə pozub. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Ermənistan növbəti dəfə humanitar atəşkəs rejimini kobud şəkildə pozub. Birinci dəfə Ermənistan razılıq bağlanandan bir gün sonra Gəncə şəhərinə gecə vaxtı xaincəsində raket zərbəsi endirdi. Bundan sonra Ermənistan ikinci atəşkəs razılaşmasından iki dəqiqə sonra yenidəın onu kobud şəkildə pozdu. İndi də bu gün səhər növbəti atəşkəs qüvvəyə minən kimi Ermənistan yenidən Tərtər rayonunu atəşə tutaraq atəşkəs rejimini pozub”, - Əliyev bazar ertəsi xalqa müraciətində bildirib.
O cümlədən, prezident qeyd edib ki, Azərbaycan Ordusunun bölmələrinə tapşırıq verib ki, atəşkəs rejiminə ciddi şəkildə riayət olunsun.
“Mən tapşırıq verdim ki, Ordumuz özünü təmkinli aparsın, təxribata uymasın.Mənim mövqem xalqa məlumdur. Bu məsələ həll olunmalıdılr, hərbi və ya sülh yolu ilə. Mən növbəti dəfə münaqişənin sülh yolu ilə həllini təklif etdim, lakin o halda ki, Ermənistan işğal olunmuş ərazilərdən qanunsuz silahlı birləşmələrinin çıxarılması qrafiki bizə təqdim edəcək: hər işğal olunmuş rayondan neçə gündən sonra qoçunlar çıxcarılacaq. Ermənistan bizəı qrafik təqdim etdi? Xeyr. Əgər proses yenidən dondurularsa və Ermənistan heç bir tədbir görməsə, bu bizim üçün qəbuledilməzdir”, - Əliyev qeyd edib.
Bundan əlavə, prezident bildirib ki, döyüş meydanında böyük itkilər verən Ermənistan atəşkəs rejimini öz məqsədləri üçün, səfərbərlik və qoşunların yerdəyişməsi üçün istifadə edir.
“Ermənistan yenidən silahlanmaq və bizə qarşı işğalçılıq siyasətini davam etdirmək istəyir. Əfsuslar olsun ki, son ay ərzində Ermənistana mütəmadi şəkildə müxtəlif növ silahlar göndərilir. Bizdə silahların təchizatı, silahların siyahısı, haradan və nə zaman göndərilməsi barədə bütrün məlumatlar var. Əgər kimsə atəşkəs istəyirsə, o zaman nə üçün Ermənistanı silahla təchiz edir?”, - Əliyev vurğulayıb. **
X.Nəsirzadə