Qarabağ üzrə həmsədrlər neytral olmalıdırlar. Bunu prezident İlham Əliyev deyib.
“Qarabağ üzrə həmsədrlər neytral olmalıdırlar, əgər neytral deyilsə, qoy namizədliyini geri çağırsın. Əgər həmsədr neytral deyilsə, o zaman həmsədr ola bilməz”, - Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı qeyd edib ki, həmsədrlər yeni funksiyalarını və nə ilə məşğul olacaqlarını müəyyən etməlidirlər.
“Dağlıq Qarabağ ətrafında 5 rayonun azad olunması? Biz artıq 4 rayonu azad etmişik və bu məsələ həll olunub, biz özümüz onları azad etdik. Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, bu rayonların əksər hissəsi bizdərir. Xocavəınd rayonunun bir hissəsi olan Hadrut. Buna görə onlar (həmsədrlər - İF) düşünməlidirlər”, - Əliyev bildirib. **
B.Rüstəmbəyov