Sentyabrn 27-dən Azərbaycan Silahlı Qüvvələri Qarabağda döyüşlər zamanı düşmənin çox sayda hərbi texnikasını məhv edib və qənimət götürüb. Bunu Azərbaycan prezdenti İlham Əliyev deyib.
“Sentyabrn 27-dən Azərbaycan Silahlı Qüvvələri Qarabağda Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurub. Düşmənin çox sayda hərbi texnikası məhv edilib və qənimət götürülüb”, - Əliyev bazar ertəsi xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, sentyabrn 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin 252 tankı məhv edilib, 53 tank qənimət kimi götürülüb.
Əliyev qeyd edib ki, düşmənin piyadaların 50 döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb.
“Bundan başqa, Azərbaycan hərbçiləri tərəfindən 251 müxtəlif çaplı toplar məhv edilib, 24-ü qənimət kimi götürülüb. 61 minaatan məhv edilib, 45-i qənimət götürülüb. 53 tank əleyhinə vasitə, 82 “Qrad” qurğusu, iki “Uraqan”, iki YARS (Yaylım Atəş Raket Sistemi), bir TOS məhv edilib. Dörd TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 4 KUB və bir KRUQ zenit-raket kompleksi, iki “S-125” zenit-raket kompleksi məhv edilib. 6 “S-300” zenit-raket kompleksi məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokatr məhv edilib. 2 əməliyyat-taktiki raket kompleksi - “Elbrus” məhv edilib. 1 “Toçka-U” raketi məhv edilib. 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb”, - Əliyev bəyan edib.
Əliyev yenidən Ermənistan silahlı qüvvələrində bu sayda silahların mənbəyi barədə sual edib.
“Bir daha sual verirəm, hər dəfə bu sualı verirəm, verəcəm, cavab gələnə qədər verəcəm. Ermənistanda hardandır bu pul? Bizim pulumuz var və bunu hər kəs bilir. Bu borc içində olan ölkə, müflisləşən ölkə hardan alıb? Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta rezervləri isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bank rezervləridir. Onlardan istifadə edə bilməz. Kim verib sənə bu qədər silahı, niyə soruşan yoxdur?”, - Əliyev deyib. **
Ə.Məmmədov