Azərbaycanda koronavirus infeksiyasına daha 527 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 50 min 486-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib, ölənlərin ümumi sayı 679 nəfərə çatıb.
Virusa yoluxmuş 41 min 410 nəfər (sutka ərzində +131) müalicə olunaraq sağalıb.
Hazırda 8 min 397 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,814 min, hazırkı dövrədək isə 1 milyon 298 min 348 test aparılıb.**
B.Rüstəmbəyov