2020-ci ilin yanvar-sentyabr aylarında “Azər-Türk Bank”ın aktivləri 1% - 351,04 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-cu il sentyabrın 30-na bankın kredit portfeli 167,718 mln. manat (azalma 10,1%) təşkil edib. Eyni zamanda, hesabat dövrünün sonuna istehlak kreditləri üzrə portfel 47,391 milyon manat (azalma 14,7%), biznes kreditə üzrə - 40,632 milyon manat (azalma 34,3%) səviyyəsində qiymətləndirilir.
Bankın öhdəlikləri 295,184 mln. manata bərabərdir (artım 1%). Sentyabrın sonuna depozit portfeli 164,634 milyon manat (azalma 8,7%), həmçinin fiziki şəxslərin əmanətləri – 72,736 milyon manat təşkil edir (artım 0,8%).
2020-ci il oktyabr ayının əvvəlinə bankıan kapitalı 55,856 mln. manata (artım 0,5%), nizamnamə kapitalı 50 mln. manata (dəyişməyib) bərabərdir.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 89 min manat təşkil edib (2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə azalma 86,8% - İF).
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb və ölkənin aparıcı 15 bankı sırasına daxildir. Bankın əsas səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsidir (75%) Həmçinin, Türkiyənin “T.C.Ziraat Bankasi”, “AzRe” təkrarsığorta şirkəti və “Qala Həyat Sığorta” şirkəti bankın səhmdarlarıdır.**
Ə.Məmmədov