“Bank of Baku” 2020-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 3,4% - 394,195 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il sentybrın 30-na bankın kredit portfeli 366,496 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 8,4% - İF) təşkil edib.
Bankın öhdəlikləri 321,293 milyon manata (artım 1,3%) bərabərdir. Sentyabrın sonuna bankda depozitlər 180,795 milyon manat (azalma 1,3%), əhalinin əmanətləri 160,482 milyon manat (azalma 2,8%) təşkil edir.
2020-ci il oktyabrın əvvəlinə “Bank of Baku”nun kapitalı 72 milyon 902,93 min manata (artım 13,9%), nizamnamə kapitalı 52,87 milyon manata (dəyişməyib) bərabərdir.
2020-ci ilin yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 8 milyon 612,2 min manat təşkil edib, bu da 2019-cu ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə 73,3% azdır.
“Bank of Baku” 1994-cü ildə yaradılıb.**
Ə.Məmmədov