Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə məxsus zərbə PUA-nın cəbhə xəttində məhv edilməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edir.
“Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır”, - nazirliyin məlumatında deyilir.
“Tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib», - MN-nin məlumatında qeyd olunur. **
B.Rüstəmbəyov