"STDC" MMC nizamnamə kapitalını 19 milyon 53 min 634,16 manat azaldır. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Vergi Xidmətindən məlumat verilib.
“STDC”-nin təsisçilərinin ümumi yığıncağında təsisçilərdən biri əmlakın çıxarılması ilə əlaqədar şirkətin nizamnamə kapitalında öz payının 19 milyon 53 min 634,16 manat azalması barədə elan edib. Beləliklə, STDC-nin nizamnamə kapitalı 286 milyon 627 min 453,51 manatadək azalıb”, - DVX-dən məlumat verilir.
Bununla əlaqədar şirkət debitor və kreditorlardan tələblər qəbul edir.
"STDC" MMC 2016-cı il iyulun 17-də qeydiyyatdan keçib və 2017-ci il martın 31-də parkın rezidenti olub.
"STDC" MMC Sumqayıt Kimya Sənaye Parkı (SKSP) ərazisində 3,3 ha torpaq sahəsində Data Center-in inşası ilə məşğul olub. **
N.Abbasova