Oktyabrın 18-dən Ermənistan Dağlıq Qarabağ münaqişəsi zonasında həlak olan hərbçilərinin meyitlərini götürmək istəmir. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyevdeyib.
"Biz bəyan etmişik ki, humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin meyitlərinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Ermənistana verməyə hazırıq. Oktyabrın 18-dən müraciət etdiyimizə baxmayaraq, Ermənistan tərəfindən cavab almamışıq", - Hacıyev Twitter hesabında yazıb.
Prezidentin köməkçisinin sözlərinə görə, bununla Ermənistan öz cəmiyyətindən real hərbi itkilərini gizlətməyə çalışır. **
X.Nəsirzadə