Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv edilən “Standard Insurance” sığorta şirkətinin baş ofisinin binası satışa çıxarılacaq. Bu barədə ləğvetmə komissiyasının məlumatında deyilir.
“Şirkətin aktivlərinin bir qismi artıq hərrac vasitəsilə satışa çıxarılıb. Yaxın zamanlarda isə şirkətin baş ofisinin yerləşdiyi binanın satışa çıxarılması planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Kapital və ödəmə qabiliyyəti ilə bağlı problemlərlə üzləşmiş “Standard Insurance” sığorta şirkətinin lisenziyası AMB İdarə Heyətinin 19 may 2020-ci il tarixli qərarı ilə ləğv edilib.
“Standard Insurance” sığorta şirkəti Azərbaycanın sığorta bazarında 2002-ci ilin oktyabr ayından fəaliyyət göstərib. Şirkət icbari və könüllü sığortanın 28 növü üzrə xidmətlər təqdim edirdi.*
Ə.Məmmədov