Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Ordusunun oktyabrın 20-də işğaldan azad etdiyi Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
Xatırladaq ki, prezident İlham Əliyev oktyabrın 20-də Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Vəng kəndinin erməni işğalından azad edildiyini və kəndin adının dəyişdirilərək Çinarlı adlandırıldığını bildirib.*
X.Nəsirzadə