Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə düşmən tərəfinin yaydığı məlumat yalandır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
“Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya sistemlərindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır. Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir”, - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur.*
X.Nəsirzadə