«Yapı Kredi Bank Azerbaijan» QSC 2020-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 18,1% - 350,965 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2020-ci il tarixinə “Yapı Kredi Bank Azerbaijan”ın kredit portfeli 149,566 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 20,1%), o cümlədən istehlak kreditləri 41,537 milyon manat (azalma 12,3%), biznes kreditləri 95,938 milyon manat (azalma 26,2%) təşkil edib.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 268,919 milyon manata (azalma 22,6%), depozitləri 248,892 milyon manata (azalma 22,4%), əhalinin əmanətləri 80,143 milyon manata (azalma 14%) bərabərdir.
Sentyabrın 30-na “Yapi Kredi Bank Azerbaijan”ın kapitalı 82,046 milyon manat (artım 1%), nizamnamə kapitalı 55 milyon 380,7 min manat (dəyişməyib) təşkil edir.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 1 milyon 573,99 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 58,3% azdır.
“Yapi Kredi Bank Azerbaijan” 1998-ci ildə yaradılıb. Bankın səhmdarları 3 Türkiyə şirkətidir.*
Ə.Məmmədov