Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ləğv ediləcəyi ilə bağlı məlumat yalandır. Bu barədə Maliyyə Nazirliyinin məılumatında deyilir.
“Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılacağı və fond vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına yönləndiriləcəyi ilə bağlı Azərbaycanın maliyyə naziri Samir Şərifovun adından sosial şəbəkələrdə yayılan məktub saxtadır və Ermənistan tərəfinin növbəti uğursuz təxribatıdır”, – deyə məlumatda bildirilir.
Maliyyə Nazirliyi Azərbaycan xalqını bu kimi təxribatlara qarşı diqqətli olmağa, yalnız rəsmi mənbələrdən verilən məlumatlara inanmağa çağırır.*
Ə.Məmmədov