Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə cəlb edilməsi məsələsi yalnız Ermənistan və Azərbaycanın razılığı və istəyi ilə həll olunmalıdır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Burada yalnız iki tərəfin mövqeyi vacibdir, qarşıdurma tərəfləri, yəni Azərbaycan və Ermənistan nəzərdə tutulur. Çünki yalnız münaqişə ölkələri bu və ya digər dövlətin nizamlanma prosesində iştirakına razılıq verə və ya istək ifadə edə bilər", - deyə Peskov bildirib.*