2020-ci il sentyabrın 30-na Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) və kredit ittifaqlarının ümumi aktivləri 347 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 6% azdır. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Eyni zamanda, III rübün sonuna BOKT-ların aktivləri 331,5 milyon manat (azalma 3,2%), kredit ittifaqlarının aktivləri 15,5 milyon manat (azalma 6,6%) təşkil edib.
2020-ci il oktyabrın 1-nə BOKT-ların kredit portfeli 275,4 milyon manat (artım 2,5%), kredit ittifaqlarının kredit portfeli 13,7 milyon manat (azalma 8,1%) təşkil edib.
Hesabat dövründə BOKT və kredit ittifaqlarının kapitallaşması 3% artaraq 155,9 milyon manat təşkil edib, bunun 146,2 milyon manatı BOKT-ların kapitalının payına düşüb.
Oktyabrın əvvəlinə BOKT-ların öhdəlikləri 185,3 milyon manata (azalma 8%), kredit ittifaqlarının öhdəlikləri 5,8 milyon manata (azalma 10,8%) bərabərdir.
Tənzimləyicinin məlumatına görə, 2020-ci ilin yanvar-sentyabr aylarında BOKT-ların ümumi xalis mənfəəti 10,5 milyon manat (ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə azalma 28,6%) təşkil edib, kredit ittifaqları yarımilliyi 0,1 milyon manat zərərlə (azalma 88,9%) başa vurub.
2020-ci il sentyabrın 30-na Azərbaycanda 89 BOKT, o cümlədən 42 kredit ittifaqı fəaliyyət lisenziyasına malik olub. 11 BOKT xarici kapitallıdır.
III rübün sonuna BOKT-ların 245 filialı var, bu seqmentdə 2,235 min nəfər çalışır.*
Ə.Məmmədov