Azərbaycanın internet-portalları bu gün Qarabağdakı separatçı rejimin “müdafiə naziri” Cəlal Arutunyanın zərərsizləşdirilməsinin görüntülərini yayıb.
“Azərbaycan Müdafiə Nazirliyinin ölkənin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi parlaq əməliyyat nəticəsində Cəlal Arutyunyanın xidməti avtomobili müəyyən edilib və izlənilib. Onun müntəzəm izlənilməsi pilotsuz kəşfiyyat aparatı vasitəsilə həyata keçirilib. Əmin olanda ki, C.Arutyunyan xidməti avtomobildədir və döyüş mövqelərindən birinə gedir, onun avtomobilinə operativ-taktiki pilotsuz döyüş təyyarəsindən raket zərbəsi endirilib”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın "müdafiə naziri" Cəlal Arutunyan bu gün vəzifəsindən azad olunub. Bu, onun yaralanması ilə əlaqədardır. Onun yerinə Mikael Arzumanyan təyin olunub.*
https://www.youtube.com/watch?v=nU2wfMQ6rLw&feature=emb_logo
B.Rüstəmbəyov