Ermənistan silahlı qüvvələrinin bu gün Bərdə rayonunun Qarayusifli kəndini ağır artilleriyadan atəşə tutulması nəticəsində 3 nəfər həlak olub, 7 nəfər xəsarət alıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
“Erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya, Əhmədova Aybəniz və İsgəndərova Aysu həlak olub, 7 nəfər isə xəsarət alıb”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov